BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hüseyn Dəryanın arvadı aparıcı Zaur Baxşəliyevdən şikayətçidir – “Mənim hesabat verəcəyim adam Hüseyn idi”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mərhum reper Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova ATV-də yayımlanan “Bizimləsən” verilişində şəxsi həyatının müzakirə olunmasına münasibət bildirib.

İstixeber.info xəbər verir ki, news24.az-ın redaksiyası ilə əlaqə saxlayan S.İbadova aparıcı Zaur Baxşəliyev və “Bizimləsən” verilişi haqda şikayət ərizəsi yazdığını açıqlayıb.

Buna səbəb proqramda Hüseyn Dəryanın ilk evliliyindən olan qızı Aişənin Sona İbadovadan oğlu Cahangirin DNT analizi istəmə tələbi olub.
İbadova ərizəsində Zaur Baxşəliyevin ona atılan böhtanlara şərait yaratdığını yazıb:

“Bizimləsən” verilişində baş verənlərə görə şikayət ərizəsi yazmışam. Çünki mənim üzərimdən reytinq qazanır, icazəm olmadan mənim ailəmi müzakirə edirlər.

Ərizəni “Azad Azərbaycan Televiziyası”nın rəhbərliyinə, Milli Televiziya və Radio Şurasına və Ombudsman Elmira Süleymanovaya ünvanlayacam.

Oğlum Cahangir psixoloji sarsıntı keçirir! Ümumiyyətlə, evdəki ab-hava çox pisdir. Mən özüm də xəstəyəm. Neçə ildir süd vəzimdən müalicə alıram. Bunların hamısı mənə stress yaşadır.

Mənim hesabat verəcəyim adam Hüseyn idi. Üçüncü bir adamın ixtiyarı yoxdur ki, ailəmi müzakirə edib, məndən hansısa sübut istəsin.

Sübut övladımın doğum haqda şəhadətnaməsidir. Orada da Cahangir Hüseyn oğlu Muradov yazılıb. Eyni zamanda da bizim rəsmi nikahımız var. Bundan başqa nəyi sübut edim? Mən heç kimə heç nəyi sübut etmək məcburiyyətində deyiləm.

ATV-dən məni verilişə dəvət edirlər. Amma ora getməmişəm və getmək fikrim də yoxdur. Çünki onlar mənim üzərimdən şou yaradırlar”.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26