BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sosial layihələr müsabiqəsi həyata keçiriləcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) vətəndaş cəmiyyətinin inkişafı, dayanıqlı inkişaf məqsədləri, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət proqramlarına dəstək məqsədi ilə sosial layihələr müsabiqəsinə başlayır. Sosial layihələr müsabiqəsi qeyri-kommersiya sahəsində fəaliyyət göstərən təşkilat və birlikləri, vətəndaş qruplarını əhatə edəcək.

İstixeber.info xəbər verir ki, müsabiqədə elm və təhsilin inkişafına, innovativ ideyaların dəstəklənməsinə, ətraf mühitin mühafizəsinə, müxtəlif sosial yönümlü məsələlərin həllinə və digər istiqamətlərə yönəlmiş layihələr iştirak edə bilər.

Müsabiqədə iştirak şərtləri “Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet saytında (www.riib.az) elan edildikdən sonra elektron qaydada ərizə və layihə sənədlərinin qəbuluna başlanılacaq.

Müsabiqənin nəticələrinə görə qalib seçilən layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi göstəriləcəkdir.

Bununla əlaqədar olaraq, özəl sektorun nümayəndələri də korporativ sosial məsuliyyət layihələrinə töhfə verərək RİİB-in elan etdiyi müsabiqəyə dəstək göstərə bilər.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26