BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Heydər Əliyev Azərbaycanla necə fəxr edir, qürur duyurdusa, onun doğma vətəni Azərbaycan da öz dahi oğlu ilə hər zaman beləcə qürur duyacaq!” – Əmrah Fəqanoğlu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

10 may xalqımızın ümummilli, əbədiyaşar lideri, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin dünyaya göz açdığı gündür.

Əmrah Fəqanoğlu

Jurnalistlərin ən böyük himayədarı, ən yaxın dostu olan bu dahi şəxsiyyətlə bağlı unudulmaz xatirələrimi bölüşmək mənə həmişə qürur hissi yaşadır. 2002 -ci il sentyabrın 22 -23 -də onun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Moskvaya rəsmi səfər etməyim isə yaddaşımda əbədi həkk olunub. O dövrdə sevimli qəzetim “İki sahil”i təmsil edirdim. Həmin səfər çərçivəsində Azərbaycanla Rusiya arasında Xəzər dənizinin dibinin bölünməsindən tutmuş, təhsil sahəsində qarşılıqlı əməkdaşlığa qədər 10 dan çox mühüm saziş imzalandı.
Ertəsi gün Prezident İlham Əliyevin qırmızı diplomla bitirdiyi, alimlik dərəcəsi aldığı, bir müddət müəllimlik etdiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (universitet statuslu) düzənlənən möhtəşəm tədbirdə rektor Anatoli Torkunov Heydər Əliyevə həmin ali təhsil ocağının Fəxri doktoru diplomunu təqdim etdi.
Səfər boyu Heydər Əliyev biz jurnalistlərlə duzlu -məzəli söhbətlər edir, təyyarədə uçarkən öz salonundan bizim salona keçib hal-əhval tuturdu, gülümsəyərək “tapşırıq vermişəm ki, sizə yaxşı qulluq etsinlər” – deyirdi. O həm Bakıda hava limanında, həm də Moskvada Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfranslarında media nümayəndələrinin çoxsaylı suallarını özünəməxsus müdriklik və təmkinlə cavablandırmaqla, bir dövlət rəhbəri olaraq Azərbaycanın milli maraqlarına nə qədər böyük önəm verdiyini, öz xalqına sonsuz sevgisini növbəti dəfə təcəssüm etdirdi.
Heydər Əliyev dahi olduğu qədər də sadə idi və ən əsası da dediyim kimi, öz xalqını, öz vətənini canından artıq bir məhəbbətlə sevirdi. Mənalı və hər birimiz üçün örnək sayılan ömrünü bütünlüklə vətənə, xalqa həsr etməsi də bu nəhəng sevgidən qaynaqlanırdı.

Heydər Əliyev Azərbaycanla necə fəxr edir, qürur duyurdusa, onun doğma vətəni Azərbaycan da öz dahi oğlu ilə hər zaman beləcə qürur duyacaq!

Əmrah Fəqanoğlu

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26