BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

HEROİNİ QƏBİRSTANLIQDA GİZLƏDƏN QUBA SAKİNİ SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, yanvarın 23-də Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Vüqar Babayev olduğu müəyyən edilib.
RPŞ-nin əməkdaşları tərəfindən V.Babayevin üzərinə keçirilən şəxsi baxış zamanı ondan sellofan bükümdə 130 qrama yaxın heroin aşkarlanıb.
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən qəbirstanlıqda narkotik vasitə gizlətdiyi də məlum olub. Polis əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə həmin əraziyə baxış zamanı oradan sellofan bükümdə 231qram heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

İstixəbər.info

37 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26