BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Heç bir qüvvə Azərbaycanı bu yoldan döndərə bilməz” — Millət vəkili


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Beynəlxalq mürəkkəb şəraitlər fonunda Azərbaycanın əldə etdiyi uğurlar, xalqın rifah halının yaxşılaşması istiqamətində həyata keçirdiyi islahatlar istər xaricdəki, istərsə də onların daxildəki əlaltılarını narahat emtəyə başlayıb.

İstixeber.info xəbər verir ki, bunu “Ölkə.Az”-a açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə,  dünyada gedən çox mürəkkəb proseslərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin yürütdüyu uzaqgörən  siyasəti nəticəsində baş verən qlobal böhranlardan az itkilərlə çıxaraq, sürətli inkişaf yoluna qədəm qoydu:

“Azərbaycanın gəlirləri artmağa başladı, rellaşdırdığı iri layihələr başa çatdı. Ölkənin gəlirləri artıqca da Azərbaycan Prezidenti  bu gəliləri xalqın rifah halının daha da yaxşılaşdırılmasına yönəltdi. Bu məqsədlə son bir ildə çoxsaylı sərəncamlar imzalandı, sosial sahədə genişmiqyaslı islahatlara başlanıldı. Cəmiyyəti narahat edən məslələrin həlli istiqamətində ciddi addımlar atıldı. Azərbaycanın uğurları təkcə   sosial-iqtisadi sahədə deyil, eyni zamanda hamımızı narahat edən ən aktual olan Qarabağ münaqişəsi istiqamətində də baş verməkdədir. Artıq Azərbaycan Qarabağ məsələsinin həlli istiqamətində   yürütdüyü  diplomatiya öz bəhrəsini verməkdədir. Bu isə təbii ki, anti-Azərbaycan qüvvələri, ilk növbədə  ermənləri və xaricdəki erməni lobbisini ciddi narahat etməyə başlayıb. Ona görə də ölkəmizə qarşı əks-təbliğat kampaniyasına başlayıblar”.

O, əlavə edib ki,  bu qüvvələr yürütdükləri əks-təbliğat kampaniyasına baxmayaraq, istəklərinə nail ola bilməyəcəklər:

“Çünki xalq Azərbaycan Prezidentinin həyata keçirdiyi, dünyada heç bir analoqu olmayan inqilabi islahatları dəstəkləyir və onu təqdir edir. Xalq bu islahatların   daha da dərinləşdirilməsi məqsədi ilə Prezidentin ətrafında sıx biləşib və ona dəstək verir. Əgər xalq ölkə başçısının yanındadırsa, Prezident-xalq, iqtidar –xalq birliyi harmoniyası mövcuddursa, o zaman bu əks-hücumların heş bir effekti olmayacaq. Bir başqa fikri də əlavə edim ki, xalq onların bu niyyətlərinin arxasında nə durduğunu yaxşı bilir və onlara dəstək vermir. Odur ki, Azərbaycanı yaxın gələcəkdə daha ciddi uğrular gözləyir. Kimsənin Azərbaycanı bu yoldan döndərməyə gücü yetməz”, – deyə deputat bildirib.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26