BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Havaların istiləşməsi və əhalinin gözləmədiyi zəhərli təhlükə-Foto,Video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Havaların istiləşməsi ilə ,əlaqədar zəhərli sürünən heyvanlarda oyanma müşahidə olunur.Bu barədə İstiXəbər.İnfo saytımıza hadisə şahidləri məlumat verib. Xaçmaz rayon sakini Paşa Qasımov bildirir ki, son günlər həyət-bağçalarda 10 -yaxın ilan zərərsizləşdirilib.

İstiXəbər.info olaraq nəzərinizə çatdirmaq  istəyirik ki,ilan sancması zamanı əhalinin  bu qaydalara riayət etmələri tələb olunur.

– Zərərçəkəni təcili halda, ayaqları bir qədər yuxarı olmaqla uzadın və tam sakitlik təmin etməli, zərərçəkən heç bir halda hərəkət etməməlidir.
– İmkan olduqda sancmadan sonrakı ilk 10 dəqiqə ərzində yaradan zəhəri sıxıb çıxarmağa çalışmaq lazımdır. Bunun üçün yara sahəsində dərini elə sıxın ki, oradan bir neçə damcı maye çıxsın.
– Sonra yaranı təmiz su ilə yuyub, yod və ya “zelyonka” ilə dezinfeksiya edin və üzərinə steril sarğı qoymalı, ətraf şişdikdə, sarğını bir qədər boşaltmaq lazımdır.
– Zədələnmiş ətrafı (ayağı və ya qolu) hərəkətsiz vəziyyətdə fiksə etmək lazımdır. Sınıqlarda olduğu kimi, ətrafa şin qoyulur və ya zədələnmiş ətraf sağlam ətrafa bağlanır. Bu yolla zəhərin orqanizmə yayılma sürəti azalır.
– Sarğının üzərinə, zəhərin sorulma sürətini azaltmaq üçün, paketə qoyulmuş buz və ya soyuq kompres qoymaq lazımdır.
– Zərərçəkənə çox miqdarda maye (çay, su), antihistamin və ağrıkəsici dərmanlar verin.

 

Baş redaktor:Rəşad Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26