BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hamilə qadın dərman içdi, öldü – Lənkəranda


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Lənkəranda 20 yaşlı hamilə qadın dünyasını dəyişib.

İstixəbər.info xəbər verir ki, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Günay Ümüd qızı İbrahimova 16 həftəlik hamilə olub. İlkin məlumata əsasən o, evdə hamiləliyinin ləğv etmək üçün dərman qəbul edib.

Dərman qadına və onun bətnində olan uşağa mənfi təsir edib. Xəstəxanaya müraciət etdikdə isə artıq gec olub. Nəticədə hər ikisi xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26