BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Həzrət Əlinin təəccüb etdiyi insanlar


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Öz cazibə bə dafiəsində misli olmayan Həzrəti Əlinin (ə) kəlamlarında da böyük cazibə vardır. Onu (ə) sevənlər elə sevir ki, heç misli olmadığı kimi. Düşmənləri elə kinə məxsusdur ki, bu kin onları həlak edir.

İmam Əlinin (ə) dəyərli kəlmələri daima araşdırmağa və tədqiqata ehtiyac vardır. Bəzən deyilmiş bir hədis bir insanın bütün insanlığını, həyatını əhatə edir. Peyğəmbərdən (s) və Əhli_beyt (ə) imamlardan deyilmiş bir hədis kifayət edir ki, insanı büsbütün dəyişsin.

İstixəbər.info islaminsesi.info-ya istinadən bildirir ki, Hz. Əlidən “təəccüb edirəm o şəxsə ki” ifadəli hədisləri toplayıb diqqətlə mütaliə etdikdə kəlmələrin qudrətini və əhatəliyini bir daha müşahidə edirik. İmam (ə) buyurur:

1- Təəccüb edirəm o kəsə ki, coxlu dost axtarışındadır. Ancaq o, öz xislət və biliyindən faydalanan hikmət sahibləri və salehlər ilə danışmaz, məsləhətləşməz. Halbuki  bu cür hikmət əhli ilə yoldaşlıq onu hidayət edər, onu ucaldar.

(Uyunul-hikəm-330)

2- Təəccüb edirəm o kəsəki, ruzinin Allahın bir təqdiri olduğuna və Allahın ona zamin olduğunu və bununla belə səylərinin ona bir faydası olmayacağını bildiyi halda ruzi tələbində hərisliklə özünü öldürür.

(Ğurərul-hikəm. Hədis-6279)

3- Təəccüb edirəm o kəsə ki, özü eyiblə dolu olduğu halda camaatın eyiblərini pisləyir. Öz eyiblərini görmür.

(Mizanul-hikmət. 8/323)

4- Təəccüb edirəm o kəsə ki, onda olmayan bir gözəlliyi (yaxşılığı) ona nisbət verələr, o da bu gözəlliyin özündə olmadığını bilə-bilə xoşhal ola.

(Mizanul-hikmət. 7/63)

5- Təəccüb edirəm o kəsə ki, dərdinin dərmanını bildiyi halda onu axtarmaya. Hətta onu tapsa belə dərdinə dərman etməz.

(Mizanul-hikmət 7/63)

6- Təəccüb edirəm o kəsə ki, əyyaşlığın pis nəticələnəcəyini bildiyi halda özünü ondan saxlamır.

(Mizanul-hikmət 7/63)

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26