BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

HƏYATIMI POLİSLƏR XİLAS ETDİ – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili işlər orqanları əməkdaşının köməksiz vəziyyətdə olan vətəndaşlara necə qayğı və həssaslıqla yanaşdığını sübut etməyə ehtiyac yoxdur. Çünki dəfələrlə bunun şahidi olmuşuq və mütəmadi olaraq DİN rəhbərliyinə bu mövzuda yüzlərlə-minlərlə təşəkkür məktubları göndərilib.

İstixəbər.info xəbər verir ki, belə hadisələrin biri də fevral ayının 5-də Xaçmaz rayonu Xudat şəhərində baş verib. Şəhər ərazisində avtopatrul xidmətini yerinə yetirən Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları, polis serjantları Şahin Qocayev və Nurəddin Həmzəyev şəhər mərkəzində bir nəfər şəxsin anidən yerə yıxıldığını görüblər. Bu hal ətrafdakı insanlar arasında çaşqınlığın yaranmasına səbəb olsa da, onlar özlərini itirməyib, dərhal huşsuz vəziyyətdə olan vətəndaşa yaxınlaşıblar. Nəbzini yoxlayan zaman onun ürək döyüntülərinin kəskin azaldığını görən polis əməkdaşları vaxt itirmədən ona ilk tibbi yardım göstərərək ürək masajını tətbiq ediblər. Yalnız bundan sonra həmin şəxsin halı yaxşılığa doğru dəyişib və polis əməkdaşları onu xidməti avtomobillə tez bir zamanda Xudat şəhər mərkəzi xəstəxanasına çatdırıblar. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra həmin şəxsin səhhəti tamamilə normallaşıb.
Daha sonra polis əməkdaşları həmin şəxsin Xudat şəhər sakini 32 yaşlı Rəhim Qasımov olduğunu müəyyənləşdirərək ailəsinə məlumat veriblər.
Rəhim Qasımovla görüşəndə cəfakeş polislərimizdən razılığını bildirdi: “Mənim 32 yaşım var. 2006-cı idən Epilepsiya xəstəliyindən əziyyət çəkirəm. Xəstə olmağıma baxmayaraq xoş havalarda şəhəri gəzməkdən həzz alıram. Həmin gün gəzməyə çıxmışdım. Daha sonra baş verənləri xatırlamıram. Gözlərimi açanda isə özümü xəstəxanada gördüm. Yanımda dayanan həkim bildirdi ki, polislər vaxında özlərini yetirib, lazımi kömək göstərməklə məni həyata qaytarıblar…
R.Qasımov artıq evə buraxılıb və sağlığı yerindədir. Ailəsi Rəhimin həyatını qurtaran polis serjantları Şahin Qocayev və Nurəddin Həmzəyevə bu hadisəyə həssaslıqla yanaşdıqlarına görə öz minnətdarlıqlarını bildirirlər.
R.Qasımova ilkin tibbi yardım göstərərək onu yenidən həyata qayıtmağında böyük rol oynayan qəhrəman polis əməkdaşları bunu insanlıq və vəzifə borcu hesab etdiklərini və hər zaman köməyə ehtiyacı olan hər bir şəxsə öz kömək əllərinin uzatmağı özlərinə borc bildiklərini qeyd ediblər.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26