BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hər şeyin təzəsi bazarın köhnəsi deyən sakinlər, təzə bazarda boş qalan piştaxdalar – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  

İstixeber.info xəbər verir ki, Xudat şəhər bazarının vəziyyəti acınacaqlı vəziyyətdədir. Bunun bir daha şahidi olmaq üçün bazar günü sadalanan bazarda müşahidələr apardıq. Oxucularımızın nəzərinə onu da çatdıraq ki, bu bazar ancaq həftənin bazar günləri işləyir. Ara günlər isə digər bazar fəaliyyət göstərir. Həftənin bir günü Xaçmazın, Qusarın , Qubanın və s. rayonların sakinləri kənd təsərrufatı məhsullarını satmaq üçün bu bazara üz tuturlar.

Xudat şəhər bazarı Azərbaycanın ən trustik zonası olan Nabran yolunun düz üstündə yerləşir. Artıq neçə illərdir ki, bu bazar xalqın sərəncamındadır. Amma bu bazar bir çox müraciətləri nəzərə alıb bazarı ziyarət etdik. Apardığımız müşahidələrin nəticəsi olaraq onu deyə bilərik ki, bazarın palçığı az qala adamın ağzına girə. Məhsul satmaq üçün olan rəflər köhnəlib, çürüyüb. Hər halda həftədə bir dəfə fəaliyyət göstərməsinə baxmayaraq bazara satıcı kimi gələn vətəndaşlardan, nəqliyyat vasitəsi ilə bazara daxil olan sürücülərdən müəyyən məbləğdə ödəniş yığılır. Düzdür qapıdan giriş çıxış zamanı bizə qəbz təklif edildi. Bu çox yaxşı haldı. Bazara satıcı kimi gələn insanlardan da ödəniş müqavilində qəbz verilir. Amma bazarın bu vəziyyətdə olması heçdə ürək açan deyil. Ən azından bu bazarın daxili cərgələrinə daş-çınqıl döşəmək, rəfləri təmir etmək olar.

Məsələyə aydınlıq gətirmək üçün Xaçmaz rayon Xudat şəhər Bələdiyyəsinin sədri Elman Allahyarovla əlaqə saxladıq.
Elman müəllim İstixeber.infoya bildirdi ki, dediyiniz bazar özəl bazardı. Sahibinə dəfələrə bu barədə məlumat və göstərişlər vermişik ki, bazara müəyyən işlər görsünlər. Hətta bir dəfə yolların bərpası üçün asfalt cınqılıda vermişik ki, yollara döşənsin. Bu işlərin bərpası bir başa bazar rəhbərliyinin səlahiyyətindədir.
Mövzu üzrə araşdırmanı davam etdirmək üçün Xudat şəhər bazarının rəhbəri Vahid Zöhrabovla əlaqə saxladıq. Vahid müəllim bir mənalı olaraq cavab verdi ki, zamanında lazımı işləri görmüşük. Amma indi bazar ərazisi özümün olduğu üçün satışa çıxartmışam. Yəqin ki , bazar yaxın günlərdə başqa adamın olacaq. Ona görə də, bazarın təmiri üçün hər hansı xərc çəkməyə ehtiyac duymuram.
Vahid kişini dinlədikdən sonra özümüzdə bir sual yarandı bəs bazar satıldıqdan sonra əhali məhsullarını satmaq üçün hara getməlidir?

Məsələyə aydınlıq gətirmək üçün Xaçmaz rayon İH-nin Xudat şəhər İcra nümayyəndəsi Akif Mərdanovla əlaqə saxladıq. Akif müəllim isə dedi ki, bildiyiniz kimi həmin bazar özəldir. Amma əhali üçün Xudat Ticarət mərkəzinin arxasında bütün standartlara cavab verən bazar tikilib və əhalisini gözləyir. Məndə anlaya bilmirəm bu cür şəraiti olan bazar qala-qala əhali niyə palçığın, balotanın içinə qaçır? Amma dediyim bazar hər zaman sakinlərinin üzünə açıqdır.

Akif müəllimin dediyi kimi isə yeni bazarda sakinlər hər gün alış-veriş edə bilərlər. Həm səliqəli, həmdə əhalinin gəliş-gedişi üçün münasib.

Hörmətli şimal rayon sakinləri nə qədər gec deyil yeni bazarda öz bazarınızı tapın. Allah halal məhsulunuzu satmağa yardımçınız olsun.

İstixeber.info Xudat 18.02.2019
Rəşad Orucoğlu Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26