BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hər il bu yolda neçə-neçə insan qəzanın qurbanı olur: – Video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info saytı olaraq xəbər veririk ki, Qaradağ rayonu Səngəçal qəsəbəsində insanlar piyada keçidlərinin olmamasından  əziyyət çəkirlər. Qəsəbə Bakı-Qazax yolnun kənarında olmasına baxmayaraq bir çox problemlər içərisində itib batır. Bir xatırlatma etmək istəyirik ki, bu qəsəbə bir çox dövlət əhəmiyyətli neft-qaz və enerji kimi obyektlərin yerləşdiyi mühüm bir ərazidir. Bakıdan Qazax istiqamətində hərəkətdə olduğumuz zaman , yol kənarı yaşayış məntəqələrində demək olar ki , hamısında yolun bir üzündən digərinə keçmək üçün piyada keçidləri tam təmin olunub. Amma Səngəçal qəsəbəsindən başqa. Son beş ildə bu qəsəbədə yolu əks tərəfə keçmək istəyən bir çox insanlar avtoqəzalar nəticəsində dünyasını dəyişib. Qəsəbənin sonunda sadəcə bir piyada keçidi var. O da bir keçid bildirən nişandan ibarətdir. Gecə vaxtı isə nişanda hər hansı işıq effektinin olmaması vəziyyəti bir azda qəlizləşdirir. Digər iki istiqamətdə isə ümümiyyətlə piyada keçidlərinin olmasından söhbət belə gedə bilməz. Qəsəbə sakinləri Nəbiyev İntiqam, Şıxəliyev Samir, Şərifov Kərbalı, Əlicanov Akif  və s. deyir ki , bura piyada keçidlərinin olmaması çox təhlükəlidir. Zamanında burda keçidlər olub. Amma sonradan naməlum səbəblərdən bağlanıb. Ən çətini isə dərslər başlayanda olur. Bakıya ali təhsil ocaqlarına dərsə gedən tələbələr, işə gedən insanlar, qocalar, uşaqlar bu yolu çox çətinliklə digər tərəfə keçirlər. Demək olar ki, hər il bu yolda neçə nəfərlərlə insan qəzaların qurbanı olur. Məsələ ilə bağlı Səngəçal qəsəbəsinin Bələdiyyə sədri Şəlalə Bədəlova ilə əlaqə saxladıq. Şəlalə xanım bildirdi ki, bu qəsəbənin ən önəmli problemlərindən biridir. Artıq lazımı dövlət qrumlarına yazılı surətdə məlumat göndərmişik. Yaxın günlərdə piyada keçidləri ilə bağlı məsələ yəqin ki, öz həllini tapar. Qəsəbədə piyada keçidlərinin və həmin yolda nişanlanma xəttlərinin olmamasının səbəbini öyrənmək üçün  BDYPI-nin Siqnal  İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi ilə əlaqə saxladıq. İdarənin texniki şöbəsinin rəisi  Şahin Həsənov bildirdi ki , həmin yolda piyada keçidlərinin xəttlərinin yenilənməsi və olmayan yerlərdə yeni xətlərin çəkilməsini qısa bir zamanda həyata keçirə bilərik. Amma həmin yolda sürət həddini müəyyənləşdirmək üçün xüsusi avadanlıqların quraşdırılması və qoyulması BDYPİ –nin tabeliyində olan bir məsələdir.

İstixəbər.info saytı olaraq məsələni qüvvədə saxlayırıq. Qəsəbə sakinlərinə isə  yolu keçən zaman ehtiyyatlı olmağı arzu edirik..

Səngəçal qəsəbəsindən hazırladığımız videomatreialı sizə təqdim edirik..

İstixəbər.info informasıya Portalı Qaradağ rayonu Sənqaçal 2018-ci il

Rəşad Ağaşirinov:Baş redaktor

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26