BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Həqiqətən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında “AYAQYOLU” pulludur! – ARAŞDIRMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ötən yazılarımızda “SƏHİYYƏ OCAĞINDA AYAQYOLU PULLUDUR? adlı məqalə dərc etmişdik.

Həmin mövzu ilə bağlı “İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinə” Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında “Ayaqyolu”nun pullu olması barəsində məlumat vermişik. Məlumat əsasında İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin əməkdaşı İlham Hüseynov saytımıza müsahibəsində bildirdi ki, faktla bağlı araşdırma aparılacaq. Fakt öz əksini taparsa, günahkarlar cəzalandırılacaq.

15.01.2019-cu il tarixində, günorta saatlarında bizim redaksiyamızın qaynar xəttinə (+99455 2337339) +99455 5004566 nömrəsi ilə zəng gəldi. Zəng edən xanım özünü Mingəçevir şəhər Mərkızi Xəstəxanasının baş həkiminin katibəsi kimi təqdim edən Maya xanım idi. Maya xanım İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinə ünvanladığımız şikayətin araşdırması üçün Baş həkim Eldar Kərimovun göstərişi ilə bizi Mingəçevir MX-na dəvət etdi. Üzrlü səbəblərdən biz həmin gün Mingəçevirə gedə bilmədik.

Eldar Kərimov Mingəçevir MX-nın baş həkimi

Bu gün isə (16.01.2019) xəstəxanada baş həkim Eldar Kərimovun qəbulunda olduq. Qəbul olduğumuz zaman baş həkimin qəbuluna girib-çıxan vətəndaşlarla neçə kobud rəftar etdiyini müşahidə etdik. Bizim müraciətə gəldikdə, heçnə olmamış kimi baş həkim “KİV-də yalan məlumatlar yazılır” ifadəsini işlətdi. Baş həkimin yalan yayılan informasiya adlandırdığı özbaşınalığın əsas qəhrəmanı olduğumuzu və bununla bağlı müsahibə almağımızı eşidəndə əsəbləşdi. Əsəbindən özünü cilovlaya bilməyən E.Kərimov bizi cavab almağımız üçün bilmədi kimin üstünə yönləndirsin. Baş həkim xəstəxananın Təsərrüfat şöbəsinin müdiri ilə əlaqə saxlasada telefonuna cavab verən olmadı. Baş həkimə “bəs bura sizin evinizdir, burda olub bitənlərdən sizin xəbəriniz yoxdur?” deyə müraciət etsəkdə, E. Kərimov özünə məxsus tərzdə “Mən burda çalışıram, bura mənim evim deyil. Bir qapıdan girib, bir qapıdanda çıxıb gedirəm. Heç nədən xəbərim yoxdur ” cavabını verdi.

E.Kərimov nəhayət bizi xəstəxananın maliyyə sektorunun şöbə müdiri Xəzər Qənbərovun yanına yönləndirməyi məsləhət  bildi. Bizi xəstəxanada müşayət edən Maya xanımla birlikdə maliyyə sektorunun şöbə müdiri Xəzər Qənbərovun qəbuluna yollandıq. Burdada eyni qaydada Xəzər adlı şəxs bizə müsahibə verməkdən imtina etdi. Xəzər adlı məmur özlərini (xəstəxananı) haqlı çıxarmaq üçün “KİV” haqqında qanunun 10 maddəsi ilə (Gizli lent yazıları)bizi ittiham etdi. Bizdə öz növbəmizdə həmin şəxsə “KİV” haqqında qanunun 8-ci maddəsini (Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ) oxumağı məsləhət bilib otaqdan çıxdıq.

Sual 1. Bizi Mingəçevir Mərkəzi xəstəxanasına niyə dəvət etmişdilər?

Sual 2. Dəvət edib müsahibə verməkdən niyə boyun qaçırdılar?

Sual 3. Xəstəxanın təsərrüfat şöbəsi varkən, nədən bizi maliyyə sektoruna yönləndirirlər?

İstixəbər.info olaraq yenidən İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin əməkdaşı İlham Hüseynovla əlaqə saxladıq. Yuxarıda sadaladığımız sualların cavabını İlham bəydə redaksiyamıza verə bilmədi.

Bütün bu olanlardan belə qənaətə gəldik ki, həqiqətən Mingəçevir Mərkəzi Xəstəxanasında “AYAQYOLU” pulludur!

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

İstixəbər.info Mingəçevir 2019-cu il

Sənan Şəmkirli

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26