BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Həmyerlisi ilə mübahisə elədi — Dəmir parçasıyla yaraladı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ağdaş şəhər sakini küt alətlə endirilən zərbə nəticəsində xəsarət alıb.

İstixəbər.info-un “Report”a istinadən məlumatına görə, 1948-ci il təvəllüdlü yerli sakin Çingiz Əzizov rayonun mərəkəzi bazarı önündə 1966-cı il təvəllüdlü həmyerlisi Hacıyev Mənsur Çərkəz oğlu ilə mübahisə edib.

Bu zaman o, M.Hacıyevin qarın nahiyəsinə dəmir parçası ilə daxilə nüfuz edən xəsarət yetirib.

M.Hacıyev ətrafdakı insanlar tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26