BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Həmkarını zorlayan polislər barədə qərar verildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Rusiyada qadın polis əməkdaşını zorlamaqda şübhəli bilinən polis zabitləri xidmətdən qovulublar.

İstixəbər.info xəbər verir ki, hazırda onların əməllərinin qiymətləndirilməsi prosesi aparılır.

Bunun nəticələrindən asılı olaraq polis zabitlərinin ciddi nizam-intizam məsuliyyətinə cəlb olunması ilə bağlı qərar qəbul olunacaq.

Qeyd edək ki, hadisə Ufada baş verib. Qadın polis əməkdaşını şöbə rəislərindən biri öz otağına çağırıb. O, rütbəcə özündən böyük olan zabitin göstərişini yerinə yetirməyə məcbur olub. Qadın otağa daxil olanda, orada üç zabitin spirtli içki qəbul etdiyini görüb. Zabitlər qadını axşamdan səhərədək zorlayıblar.

Bildirilir ki, zərərçəkmiş qadın Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri komandanının qızıdır./oxu.az

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26