BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Həmin videonu mən çəkməmişəm” – Xalidə Bayramova DANIŞDI (VİDEO)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğunda ifadə verməsi ilə bağlı xəbərə münasibət bildirib.

İstixeber.info xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğuna getməsini təsdiqləyib:

“Bəli prokurorluğa getmişəm. Bəzi sənədlər tələb olunurdu. Həmin sənədləri təqdim etmək üçün prokurorluğa getmişəm. Onu qeyd edim ki, sosial şəbəkələrdə yayılan videonu mən çəkməmişəm. Bu barədə prokurorluqda istintaq bitəndən sonra ictimaiyyətə daha geniş açıqlama verəcəm”.

Qeyd edək ki, Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib.   Müğənni instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb. Röya qeyd edib ki, E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovadır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26