BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Həbsdən çıxan Hacıyevanın yeni FOTOları yayıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Noyabrın 8-də London Ali Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın yeni görüntüləri yayılıb.

İstixəbər.info qafqazinfo-ya istinadən xəbər verir ki, fotolar eks-bankirin həyat yoldaşı həbsdən çıxdığı gün çəkilib.

Xatırladaq ki, məhkəmə Hacıyevanı 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxıb. Hakim onun zaminə buraxılmasına etiraz etmək üçün ciddi əsaslar olmadığını bildirmişdi.

Qeyd edək ki, Vestminster Şəhər Məhkəməsi noyabrın 6-da Hacıyevanın zaminə buraxılmasına dair qərar versə də, prokurorlar onun ölkədən çıxacağından ehtiyat etdikləri üçün qərara etiraz etmişdilər.

55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26