BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nurməhəmmədov Poryeni məğlub edərək titulunu qoruyub – YENİLƏNİB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Qarışıq növündə rusiyalı döyüşçüsü Həbib Nurməhəmmədov yüngül çəkidə (70,3 kq) Mütləq Döyüş Çempionatının (UFC) çempionu titulunu qoruyub.

İstixeber.info Trend-ə istinadən bildirir ki, H.Nurməhəmmədov amerikalı Dastin Poryeyə qalıb gəlib.

Döyüş Abu-Dabidə keçirilib.

***

Bu gün Əbu-Dabidə UFC-242 axşamı çərçivəsində UFC üzrə dünya çempionu, Rusiyanı təmsil edən Həbib Nurməhəmmədovun çempionluğa namizəd olan amerikalı Dastin Puaryeyə qarşı döyüşü keçiriləcək.

İstixeber.info “qafqazinfo”-ya istinadən xəbər verir ki, gecədə daha 4 döyüş təşkil olunacaq. Döyüşlər Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. Sözügedən döyüş “CBC Sport” telekanalı vasitəsilə yayımlanacaq. Həbib Nurməhəmmədovla Dastin Puaryenin döyüşü isə ən sonda olacaq. Qeyd edək ki, Həbib indiyədək 27 görüşün hamısını qələbə ilə başa vurub.

REKLAM

Onun rəqibi Dastin Puarye isə 25 döyüşün 5-də məğlub olub. Onu da əlavə edək ki, Həbib rəqibinə qalib gələcəyi halda 6 milyon dollardan çox qonorar alacaq.

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26