BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Günəşli” faciəsindən 3 il ötür


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində baş verən yanğın hadisəsindən 3 il ötür.

İstixəbər.info xəbər verir ki, 2015-ci il dekabrın 4-də baş vermiş qəza nəticəsində 8 neftçi dünyasını dəyişib, 33-ü ağır yaralanıb, 22-si isə itkin düşmüş hesab edilir. Onların meyiti hələ də tapılmayıb. Neft yatağındakı yanğın zamanı ümumilikdə 63 nəfər zərər çəkib.

Hadisəyə ilkin səbəb kimi saat 17ː40 radələrində nəhəng dalğaların “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırması nəticəsində boru kəmərini zədələməsi və şiddətli yanğın baş verməsi göstərilir.

Bu hadisə ilə əlaqədar olaraq Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr 2015-ci ildə matəm günü elan olunmuşdu.

Həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə ucaldılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26