BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Göygöl rayon Polis Şöbəsində Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə tədbir keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

XX ƏSRİN SON MÜSƏLMAN-TÜRK SOYQIRIMI

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə Göygöl rayon Polis Şöbəsində Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Göygöl RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırım aktının 27 ili tamam olur. Bu kədərli günlərdə Azərbaycan xalqı qəsbkar erməni millətçilərinin vəhşiliyinin qurbanı olan günahsız insanların əziz xatirəsini dərin hüznlə bir daha yad edir. “Xocalı şəhərində törədilən cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılan kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, adamları diri-diri torpağa basdırıb və ya yandırıb, cəsədlərin bir qismini minalayıblar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetiriblər.
Daha sonra çıxış edən Gəncə Dövlət Universitetinin tarix müəllimi Elnur Hacıyev Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxan xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədildiyini deyib. “Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmııb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir”.
Bu qanlı faciənin canlı şahidi olan, Göygöl RPŞ-nin Sarısu Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Eşlən Quliyev qeyd edib ki, böyük fədakarlıq, yarımçıq qalmış ömürləri, həyatları, arzu və xəyalları çəkib apara bilmək, gücün yetdikcə varlığınla, mübarizliyinlə, iradə və dəyanətinlə yaşada bilməkdir. “Bu yük mənim üçün nə qədər ağır olsa da bir o qədər də şərəflidir. Bu gün bizim bir ümidimiz var. Şəhidlərimizin qanı tökülmüş, düşmən tapdağı altında əzilən torpaqlarımız azad olacaq, bizlər qayıdacağıq yurd yuvamıza. Bax o zaman şəhidlərimizin narahat ruhları şad olacaq.
Tədbirin sonunda möhtərəm prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə bu soyqırımın bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə beynəlxalq aləmin Azərbaycan həqiqətləri barədə məlumatlandırılmasını, xaricdə yaşayan həmvətənlərimizin səylərinin birləşdirilməsinə yönələn tədbirləri xatırladan Göygöl RPŞ-nin rəisi, polkovnik-leytenantı Mirnemət Mirbabayev dedi ki, getdikcə daha çox dövlət Xocalıda törədilən vəhşiliyi soyqrım kimi tanıyır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26