BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

GÖSTƏRİLƏN KÖMƏYƏ GÖRƏ MİNNƏTDARLIQ ETDİLƏR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə, iyulun 30-da Şirvan şəhəri ərazisində 3 yaşlı oğlanın tək dolaşması Şirvan ŞPŞ-nin Post Patrul Xidmətinin ərazidə xidmət aparan əməkdaşlarının diqqətini cəlb edib. Polis əməkdaşları uşağa yaxınlaşaraq onun azdığını müəyyən ediblər. Daha sonra azyaşlı Şirvan ŞPŞ-yə gətirilərək onun ailəsinin axtarışına başlanılıb.

Qısa müddət ərzində uşağın valideynləri tapılaraq onlara təhvil verilib. Valideynlər övladlarının sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Şirvan ŞPŞ rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26