BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

GORANBOYDA MAL-QARA OĞRULARI SAXLANILDI – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə iyun ayının müxtəlif vaxtlarında rayonun Şəfibəyli və Kəhrizli kəndlərindən ümumi dəyəri 2400 manat olan iki baş mal -qaranın oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş 37 yaşlı Elvin İsmayılov və 30 yaşlı Nicat Qulamov saxlanılıb.
Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin Tərtər rayonunda da analoji cinayət hadisələrini törətməklə 1 baş iri buynuzlu heyvanı oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26