BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Geyim seçərkən nələrə diqqət etməli?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dəb insanın özünə yaraşanı geyinməsidir. Ancaq insanlar daha çox trenddə olan geyimlərə üstünlük verirlər ki, bu da çox zaman uğurlu seçim olmur. Öz tərzinizi yaradanda ən əsas olan məqamlardan biri bədən quruluşuna uyğun və yaraşan geyimi seçməkdir.

İstixeber.info-nun məlumatına görə, geyim seçəndə bir rəngdən istifadə etsəniz, daha hündürboy və arıq görsənəcəksiniz. Eyni zamanda bu bədən qüsurlarınızın gizlənməsinə köməklik edəcək.

REKLAM

Parça növünü isə elə seçməlisiniz ki, bədəninizə yapışan olmasın. Xüsusilə də, çox nazik parçalar həm bədəni, həm də qüsurlarını daha çox göstərir.

Bədən ölçünüzə böyük və ya kiçik olan, əsas da uzun və enli geyimlər insanı daha da kök göstərir. Buna görə də stilistlər həmişə bədən ölçülərinizə uyğun geyinməyi tövsiyyə edir.

Əgər sizin qarın və omba nahiyənizdə qüsurlar varsa, bu hissəyə diqqət edin. Enli ətəklər ombanı daha da böyük göstərir. Şalvar geyinərkən isə göbəyinizdən 3 sm aşağıdan başlayan və enli balaq modelləri seçin. Bu həm də omba hissəsini balaca göstərir. Sinəsi böyük xanımlar isə V yaxalı geyimlərə üstünlük verməlidir./qaynarinfo

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26