BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi Masallı rayonunda tədbir keçirib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi Masallı rayonunda “Açıq hökumət prinsiplərinin təbliği və korrupsiyanın qarşısının alınması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində gənc dövlət qulluqçuları üçün seminar təşkil etmişdir.

Təşkilatın rəhbəri Rövşən Bağırovun verdiyi məlumata görə bu layihə“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin Sərəncamına dəstək olaraq keçirilir. Layihənin əsas məqsədi Açıq Hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətində gənc dövlət qulluqçuları və maraqlı tərəflər arasında təbliğat işini gücləndirməkdən ibarətdir.

Layihə çərçivəsində Masallı rayonunun müxtəlif dövlət qurumlarında çalışan 20 nəfər gənc dövlət qulluqçusu üçün maarifləndirici seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Rövşən Bağırov açaraq layihənin dövlət qulluqçuları üçün əhəmiyyətindən, E-Hökumətlə bağlı görülmüş işlərdən, Asan Xidmət modelindən, digər elektron xidmətlərdən söz açmışdır. Qeyd etmişdir ki,  elektron xidmətlərin tətbiqi dövlət qurumları ilə vətəndaşlar arasındakı məsafəni maksimum azaldır və şəffaflığın təmin olunmasında böyük rol oynamışdır. Sonra E-Hökumətlə bağlı hazırlanmış video çarx iştirakçılara nümayiş olunmuş və onun ətrafında müzakirələr aparılmışdır.

Daha sonra ekspert Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri, hüquqşünas Ziya İsmayılov tədbiri davam etdirərək Açıq Hökumətin təşviqi prosesində dövlət qulluqçularının rolundan, şəfafflığın təmin olunmasında və  korrupsiyanın qarşısının alınması istiqamətində dövlət qulluqçularının  səylərinin daha da gücləndirilməsinin vacibliyindən bəhs edərək geniş müzakirə və fikir mübadiləsi aparmışdır. İnteraktiv müzakirələr zamanı dövlət qulluqçuları tərəfindən maraqlı fikirlər və təkliflər səsləndirilmişdir…

Layihə çərçivəsində E-Hökumətlə bağlı hazırlanmış  video çarx youtube kanalına yüklənmiş və sosial şəbəkələrdə yayımlanmışdır. Mövzu ilə əlaqəli daha çox insanların maarifləndirilməsi üçün 750 ədəd buklet nəşr edilmiş və tədbirlər zamanı paylanılacaqdır.

Silsilə seminarlar və ictimai müzakirələr növbəti günlərdə Lerik, Lənkəran və Cəlilabad rayonlarında da davam etdiriləcəkdir.

İstixəbər.info İnformasiya Portalı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26