BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Gənc oğlan 5-ci mərtəbədən özünü atdı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Abşeron rayonunda gənc oğlan özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib.

İstixeber.info xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev küçəsində baş verib. Belə ki, oğlan yaşadığı binanın beşinci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq hadisə yerindəcə ölüb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölənin şəxsiyyəti hələ ki, müəyyənləşməyib, təxminən 20-25 yaşlarında olduğu bildirilir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26