BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Gənc müğənni qəfil dünyasını dəyişdi- FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Salyan rayon mədəniyyət və incəsənətinə ağır itki üz verib.

İstixeber.info xəbər verir ki, 3 iyul 2019-cu il tarixində saat 12:00 radələrində Salyan rayon Mədəniyyət Mərkəzinin nəzdində olan Aşıq Pənah adına Yenikənd Folklor Evinin müdiri Eşqin Aydınoğlu (Əliyev) 35 yaşında, yaradıcılığının çiçəkləndiyi bir vaxtda, uzun sürən xəstəlikdən sonra Salyan rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Onun uşaq yaşlarından mədəniyyət sahəsinə marağı bu meydana atılmağı üçün səbəb oldu. Eşqin Aydınoğlu dəfələrlə tədbirlərdə, el şənliklərində məlahətli səsi ilə tamaşaçıların zövqünü oxşadı, zərb alətlərində ifası ilə bir çoxlarını heyran etdi. Qeyd edək ki, dəfn mərasimində Salyan Mədəniyyət Mərkəzinin işçiləri və onlarla mədəniyyət nümayəndəsi, rayon ictimaiyyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri, dostları iştirak edirdi. Ailəli olan sənətkarın bir qızı vardı. Eşqin Aydınoğlunun xatirəsi dostlarının, sevənlərinin qəlbində əbədi yaşayacaq. İstixeber.info saytı adından mərhumun yaxınlarına səbr diləyirik.
Allah rəhmət eləsin!

Rəşad Ağaşirinov
Yaqub Mehdiyev Mehdioğlu.

İstixeber.info Səlyan

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26