BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Gəncədə oğurluq edənlər Bakıda saxlanıldılar


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İyulun 18-nə keçən gecə Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində oyun zallarının birindən oğurluq edilməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

İstixəbər.info DİN-in mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, dərhal Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin obyektdən damı sökmək yolu ilə 4 ədəd televizorun və 4 oyun aparatının oğurlandığı məlum olub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər Bakı şəhəri ərazisində Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri Orxan Həsənov, Emil Quliyev və əvvəllər məhkum olunmuş Ruslan Nəsirov olduqları müəyyən edilib.

Onlardan bir ədəd televizor və oyun aparatı maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26