BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Gədəbəydə mal-qara oğrusu saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gədəbəydə mal-qara oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, oktyabrın 14-ü saat 16:00 radələrində Gədəbəy rayonunun Çalburun kəndi ərazisindən mal-qara oğurluğu barədə rayon polis şöbəsinə ərizə daxil olub.
Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənddə yaşayan 23 yaşlı Aslan Tağıyev saxlanılıb. Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxsin əvvəllər də mal-qara oğurluğu ilə məşğul olduğu müəyyən edilib. Belə ki o, rayonun Govdu adlanan ərazisindən 7 rəst atı və Gədəbəy şəhəri ərazisindən 7 baş xırda buynuzlu heyvanı oğurlayıb.
Dindirilmə zamanı Aslan Tağıyev törətdiyi oğruluq hadisələrini etiraf edib oğurladığı atları və xırda buynuzlu heyvanı isə müxtəlif heyvan bazarlarında satdığını deyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26