BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Evlərdən oğurluq edən dəstə yaxalandı.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlaxda oğurluq edən şəxs saxlanılıb

İstixeber.info xəbər verir ki,DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bir qrup Yevlax rayon sakini müxtəlif vaxtlarda Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən 3 ədəd samovar və qızıl əşyalarının oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Rahib Dünyamalı saxlanılıb. Onun 650 manat dəyərində samovar və 630 manat dəyərində qızıl əşyaları oğurlayaraq vətəndaşlara ziyan vurduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İstixeber.info Yevlax

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26