BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

EVİNDƏ NARKOTİK YETİŞDİRİB SATAN ŞƏXS SAXLANILIB – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şabran rayonunda narkotik becərən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
Rayon sakini Əfqan Məmmədov narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 0,2 qram qurudulmuş marixuana aşkarlanıb. O ifadəsində narkotik vasitəni rayon sakini Elmar adlı şəxsdən aldığını bildirib. Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Elmar Babayev saxlanılaraq onun yaşadığı evə baxış keçirilib və oradan siqaret və kibrit qutularında, həmçinin plastmas qabda ümumi çəkisi 274,7 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E.Babayev narkotik vasitəni xüsusi aqrotexniki qaydada qulluq edərək evdə dibçəklərdə becərdiyini bildirib.
Faktla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26