BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

EVİNDƏ NARKOTİK TƏRKİBLİ BİTKİ YETİŞDİRƏN ŞƏXS SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, martın 19-da RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İsmayıllı şəhər sakini İlqar Vəliyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman şüşə qabın içərisində 187 qram narkotik vasitə olan qurudulmuş marixuana və plastik qabda əkilmiş 2 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26