BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Evində narkotik gizlədirdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə, avqustun 7-i daxil olmuş məlumat əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Süleyman Hümbətov saxlanılıb. Onun üzərindən 14.03 qram marixuana aşkar edilərək götürülüb. Davam etdirilən araşdırmalarla onun evinə baxış keçirilən zaman dolabda sellofan torbada gizlətdiyi 4 kiloqram 165 qram marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26