BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

EVDƏN OĞURLUQ EDƏN SAXLANILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

EVDƏN OĞURLUQ EDƏN SAXLANILDI.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun polis leytenantı Nizam Həmidovun İstixəbər.info saytının Şimal bürosuna verdiyi məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayında rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Xaçmaz şəhər sakini Vüsal Ağammədov olması müəyyən edilib.
Dindirilmə zamanı V.Ağammədov törətdikləri cinayət əməlini etiraf edib, fevralın ayının 6-da gecə saatlarında zərərçəkənin evinə gizli yolla qirərək oradan 4000 manat dəyərində olan qızıl-zinət əşyaları və bir ədəd mobil telefon götürdüyünü, oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını bildirib.
Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı Xaçmaz

Xüsusi müxbir: Xanlar Cəbrayılov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26