BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Evdən məişət əşyaları oğurlanıb-Şəmkirdə


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəmkir rayonu Təzəkənd kəndi ərazisində oğurluq hadisəsi baş verib.

İstixəbər.info saytına bu barədə ev sahibi Bəxtiyar Hacıyev məlumat verib. Bəxtiyar bəy bildirib ki, mayın ayının 5-də ona məxsus evdən 3800 AZN dəyərində məişət əşyaları oğurlanıb. Hadisə ilə bağlı dərhal DİN qaynar xəttinə müraciət ediblər. Hadisə yerinə gələn Şəmkir rayon Polis İdarəsinin əməkdaşları cinayət işi açıblar.

Hadisə olə bağlı İstixəbər.info saytı olaraq adı qeyd olunan ünvana yollandıq. Bəxtiyar bəyin qardaşı Hacı Hacıyev bildirir ki, qardaşı Bəxtiyar Hacıyev övladının səhhəti ilə bağlı Almaniya Respublikasında yaşayır. Oğru və ya oğrular qardaşım evində olmadığından istifadə edib ona məxsus evi qarət ediblər. Hacı bəy qeyd etdi ki, hadisədən 2 ay keçməsinə baxmayaraq cinayətkarların tapılması istiqamətində heç bir polis orqanları tədbir görmürlər.

İstixəbər.info saytı DİN mətbuat xidmətinin  Gəncə Regional qrupu ilə əlaqə saxladıq. Regional qrupdan bizə bildirdilər ki,  Bəxtiyar Hacıyevin mənzilindən məişət əşyaları oğurlanması ilə bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb. Hal-hazırda istintaq davam edir.

Bəxtiyar Hacıyevin evindən video görüntüləri sizlərə təqdim edirik:

Mövzunu araşdırmaqda davam edəcəyik.

İstixəbər.info İnformasiya Portalı Şəmkir 2018-ci il

Sənan Ələkbərov

Rəşad Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26