BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Etimad İsmayılovun cənazəsi bu gün Bakıya gətiriləcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun cənazəsi bu gün axşam saatlarında Bakıya gətiriləcək.

İstixəbər.info xəbər verir ki, E.İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva da Bakıya gələcək.

İş adamı sabah torpağa tapşırılacaq.

Xatırladaq ki, Etimad İsmayılov İstanbuldakı ofisində Azərbaycanın sabiq polis rəisi Gözəl Dəmirovla mübahisə edib. G.Dəmirov tapança ilə E.İsmayılova 3 dəfə atəş açıb. G.Dəmirov hadisə baş verən ərazidən uzaqlaşıb. Ağır yaralanan E.İsmayılov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Türkiyə polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində G.Dəmirov Beşiktaşda saxlanılıb, onunla birlikdə bir nəfər də tutulub.

Qeyd edək ki, Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru, Milli Məclisin sabiq deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26