BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Etibarlılıq müddəti bitməyən şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinə ehtiyac varmı? AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Etibarlılıq müddəti bitməyən şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinə ehtiyac yoxdur. Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni şəxsiyyət vəsiqələrinin alınması zəruridir.

İstixəbər.info Trend.-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, bu gündən Daxili İşlər Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılır. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün “ASAN” xidmət mərkəzlərində və Sumqayıt regional “ASAN” xidmət mərkəzlərində həyata keçirilir.

Növbəti günlərdə regional “ASAN xidmət” mərkəzlərində yeni nümunəli şəxsiyyət vəsiqələrin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanacaq: “Hazırda vətəndaşlar etibarlıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər. Bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil”.

E.Niftəliyev əlavə edib ki, 15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur. Belə ki, 10 gün müddətinə 5 manat, 3 gün müddətində 25 manat, bir gün müddətinə isə 35 manat təşkil edir.

15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunur. Belə ki, 10 gün ərzində 4 manat, 3 iş günü müddətində 20 manat, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26