BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Enerji içkilərinin digər bir fəsadı.Foto,video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixeber.info xəbər verir ki , yaş həddindən aslı olmayaraq bir çoxlarımız enerji içkilərinin düşkününə çevrilmişik.Gündə on dəfələrlə efirlərmizdən bəh-bəhlə reklamını izlədiyimiz bu içkilərin səhətimiz üçün nə qədər zərərli olduğunu bilirikmi?

Araşdırmalara görə, yalnız 2005-ci ildə kofeinin həddən artıq dozada qəbulu zamanı 1000-dən artıq insan dünyasını dəyişib. 2008-ci ildə bu rəqəm 16000-dən çox olub. Bəs həqiqətənmi energetik içkilər insana bu qədər güclü təsir edir, enerji verir, yoxsa bizdən pul qoparmaq üçün istehsalçıların növbəti tələsidir? Doğrudanmı, biz bir banka içki ilə həyatımızı riskə atırıq?

Kofein, taurin, quarana, asginin…

Araşdırmalara görə, bütün mağazalarda satılan bir banka enerji verən içkinin tərkibində 0,5 l su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid, və bəzi vitaminlər var. Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar yanlışdır. Yəni əslində bu içki insana enerji vermir, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Gec-tez biz bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində faizlə geri qaytarırıq. Aminturşular, karbon oksid, mineral və vitaminlərə gəlincə isə, onlar enerji sərfinin bir hissəsini ödəyir. Alkoqolsuz energetik içkilərində sintetik kofeinin miqdarı gündə istifadəyə icazə verilən 150 mq dozadan yuxarı olub, 320 mq/l-a qədər təşkil edir.
İstənilən başqa stimulyator kimi, kofein də əsəb sisteminin gərilməsinə gətirir. Onun təsiri orta hesabla 3-5 saat qalır. Bundan başqa, kofein insanda asılılıq yaradır. Mümkün dozanın aşılması halında əlavə təsirlər meydana çıxır: taxikardiya, əsəbilik psixoloji gərginlik və depressiyaya səbəb olur. Gecə/az.
Amma ,səhətimizdə ciddi xəstəliklər yarada biləcək bu içkilərin digər bir zərərində siz oxucuların nəzərinə çatdırmaq istəyirik.Bu mövzuda İstixeberin əməkdaşı özü sizə açıqlama verir.Videonu izləsəniz buna ham əmin ola bilərsiniz.

İstixeber.info
Rəşad Orucoğlu

105 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26