BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ELMAR QASIMOV AVROPA AÇIQ ÇEMPİONATININ QALİBİ OLUB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

İstixəbər.info xəbər verir ki, beynəlxalq turnirin ikinci günü millimiz üçün uğurlu olub.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuza Minsk turnirinin qızıl medalı təqdim edilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üç rəngli bayrağımız qaldırılıb.

Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunub. Yarışın ilk günü qadın cüdoçumuz Ayşə Qurbanlı bürünc medala layiq görülüb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26