BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Eks-nazirdən XƏBƏR VAR: Namaz qılır, şeir…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov ibadətlə məşğuldur. Sonuncu Ramazan ayında oruc tutan sabiq nazir, həmçinin mütəmadi olaraq Quranı mütaliə edir, namaz qılır.

İstixeber.info xəbər verir ki, bu barədə Qaynarinfo-ya Z.Məmmədova yaxın mənbələrdən məlum olub.

Keçmiş nazirin mütaliə dairəsi, sadəcə, müsəlmanların müqəddəs kitabını oxumaqla tamamlanmır. Onun bədii əsərlərə marağı da böyükdür. Sabiq “nəqliyyat şefi” xüsusilə poeziya həvəskarıdır və ara-sıra özünün də şeirlər yazdığı deyilir.

Xatırladaq ki, hazırda 67 yaşı olan Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Vəzifədə olduğu dövrdə Azərbaycanın ən korrupsiyalaşmış məmurlarından hesab olunan sabiq nazirin kreslosunu itirdikdən sonra biznesinin və şəxsi varidatının böyük hissəsini itirdiyinə dair iddialar dolaşır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26