BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Efirlərə bayağı mahnıları vermək doğru deyil…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hər bir xalq öz tarixi, mədəniyyəti, incəsənəti, musiqisi və digər dəyərləri ilə dünya xalqları arasında tanınır.

Bir çox dəyərləri özündə birləşdirən – qədim tarixə, milli musiqiyə, gözəl adət-ənənələrə sahib olan vətənimiz Azərbaycan, həmçinin onun övladları dünyada sayılıb seçilirlər. Bu gün Azərbaycan özünəməxsus gözəlliyi ilə dünya miqyasında öz yerini tutur. Onu dünya ölkələrinə tanıdan, öz fərqliliyi, özünəməxsusluğu ilə təqdim edən, həm də əvəzedilməz musiqisi – Azərbaycan muğamıdır.

Hətta bu zövq oxşayan musiqi dövlət səviyyəli tədbirlərdə ifa olunarkən, dünya xalqları tərəfindən dinlənərkən öz  gözəlliyi, ahəngdarlığı, axcılığı, melodiyası, rəngarəngliyi və bu kimi xüsusiyyətləri ilə seçilir. Amma çox təəssuf ki, bir gün belə keçmir ki, Azərbaycan musiqisinə dəyən zərər artmasın. Sözsüz ki, bu problem bizi narahat etməyə bilməz.

Əlbəttə, Azərbaycan musiqisi dünyada tanınırsa, uğuru hər zaman göz qabağındadırsa, onu yaradanları unutmaq olmaz. Axı, bu cür gözəllikləri yaradanları necə unutmaq olar? Amma təəssüf ki, belələri var.

Üzeyir Hacıbəyov, Qara Qarayev, Arif Məlikov və digər dahi sənətkarlarımızı necə unutmaq olar? Məgər onları unutmaq özümüzü unutmaq deyilmi? Biz yalnız bəstəkar mahnılarını deyil, eyni zamanda xalq mahnılarını da bilməli və onları  dinləməliyik. Hətta bu mahnıları tanıtmaq da bizim borcumuzdur.

Amma hal-hazırda insanlar buna diqqət yetirmirlər. Yeni yaranan, janrının nə olduğu bilinməyən, melodyası zövq oxşamayan, sözləri yalnız qafiyə tutmaq xatirinə yazılmış mahnılar bu cür gözəlliklərin üstünə az qala kölgə salır. Hətta Azərbaycanın retro, klassik, bəstəkar və ya xalq mahnılarını dinləyənləri geri düşüncəli adlandırırlar. Bu o dərəcəyə çatıb ki, bayağı mahnılar Azərbaycanın ən məşhur tele-kanallarında ifa olunmağa başlayır və gün keçdikcə də onları dinləyənlərin sayı artır. Yalnız telekanallarda deyil, eyni zamanda insanların beyinlərini dincəltmək üçün dinlədikləri radiolarda da bu cür ifalar “at oynadır”. Azərbaycanın nadir incilərindən olan möhtəşəm musiqi əsərləri isə yalnız özəl günlərdə yada düşür.

Əlbəttə ki, problemlər bununla da bitmir. Bu cür zövqsüz mahnıları biz dinləndiyimiz zaman düşmənlərimiz də boş dayanmırlar. Musiqimizə olan biganəliyimizdən eninə-uzununa istifadə edən ermənilər onları mənimsəyir, özününküləşdirməyə çalışırlar. Amma təəssüf ki, çox az insan bunun fərqindədir. Öz musiqimizə sahib çıxmasaq, sonra düşmənə necə sübut edə bilərik ki, bu bizim milli sərvətimizdir?! Onlar da buna cavab olaraq Azərbaycan verlişlərində göstərilən  “Azərbaycan musiqisi libası geyindirilmiş” ifaları qarşımıza qoyub sizin musiqiniz budur deməzlərmi? Çünki onlar bizdən daha çox bizim musiqilərimizlə maraqlanırlar.

Efirlərə Azərbaycanın dünyaya səs salan, dəyərli inciləri ilə bir sırada dura bilməyən mahnıları vermək doğru deyil. Çünki, yalnız özümüz deyil, digər xalqlar da bunu izləyirlər. Axı, niyə bizi o mahnılarla tanısınlar ki, öz gözəl  mahnılarımız varkən…

Hətta, bu cür mahnılar o qədər yayılıb ki, sosial şəbəkələrdə belə yayılmağa başlayıb. Əlbəttə, heç kim yeniliyin əlehinə deyil, amma yenilik adı ilə çərçivədən çıxaraq bu qədər də zövqsüzləşmək olmaz! Efirlərə bayağı mahnıları vermək isə heç doğru deyil.

Biz yalnız musiqiyə deyil, bütün digər milli dəyərlərimizə də sahib çıxmalıyıq ki, dünya ölkələri arasındakı yerimizi həmişə qoruyub saxlaya bilək.

 

Nərgiz Məmmədəliyeva BSU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26