BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dünya tarixinə adını yazdıran 10 YÜNGÜL ƏXLAQLI QADIN


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

XV Lüdoviq, Napoleon Bonapart, II Karl kimi şəxsiyyətlər barədə məlumat çoxdur. Amma onların arxasında dayanan məşuqələri olan qadınlar barədə məlumatı olan çox azdır. Bu qadınlar məşhurların məsləhətçisi, övladlarının anası da olub.

İstixeber.info oxucularına dünya tarixinə adını yazdıran yüngül əxlaqlı qadınlar barədə məlumatı çatdırır.

Bu qadınlar öz dövrünün təhsilli qadınları, rəssamı, aktrisası və tədqiqatçısı olublar. Onların həyatı intriqa və sirlərlə doludur və kişilər onlar üçün canlarından keçməyə hazır idilər.


Frina

Frina bu gün də incəsənət muzeylərində gözəlliyinə pərəstiş edilən azsaylı kurtizan qadınlardan biridir. Qədim yunan gözəlçəsi rəssam Apelles və heykəltaraş Praksitel üçün poza verib. Praksitel sevgi tanrıçası Afroditanın çılpaq heykəlini yaratmaq üçün Frinadan ilhamlanıb. Frina o qədər imkanlı idi ki, Makedoniyalı İskəndər tərəfindən dağıdılan Fiv divarlarını öz hesabına təmir etdirmək istəyirdi. Amma yüngül əxlaqlı olduğu üçün onu sevmirdilər və ittiham edirdilər. Bir dəfə Frina məhkəmə qarşısına çıxdı və soyunaraq gözəlliyini nümayiş etdirib haqlı olduğunu sübut etdi. Yunanlar inanırdılar ki, belə gözəl bədəni olan qadın yalan danışa bilməz, ona görə də bəraət aldı.

Veronika Franko

İntibah dövrünün ən məşhur venesiyalı qadınlarından biridir. Bundan başqa kurtizan olan Veronika təhsilli şairə idi. Onun əsərləri hələ o dövrdə də çap edilmişdi. Franko kurtizan qadınlara və onların uşaqlarına kömək fondu da yaratd. Qadının məşuqları arasında Fransa kralı III Henri də var idi. Veronika Venesiyanın ən prestijli ədəbi dairələrinə daxil idi və filosoflarla, yazıçılarla dostluq edirdi. Vəba xəstəliyi yayılanda onu cadugərlikdə ittiham etdilər. Amma Veronika məhkəmədə özünü elə müdafiə etdi ki, ona bəraət verdilər.

Madam Dyubarri

Madam Dyubarri fransız sarayında məşhur idi və kral XV Lüdoviqin sevimlisi idi. Əsl adı Mari Beku olan qadın Parisdə kurtizan kimi fəaliyyətə başlayıb və bir çox aristokratın diqqətini cəlb edib. Fransa kralı da onu gördü və bəyəndi. Mari dərhal bir əyana ərə verildi və saraya giriş əldə etdi. Kralın ölümündən sonra monastra həbs edildi və sonra Paris inqilabı zamanı edam edildi.

Salli Selisberi

Salli XVIII əsr Londonunun ən dəliqanlı və məşhur fahişəsidir. 14 yaşı olanda aristokratlar üçün nəzərdə tutulan fahişəxanada işləyirdi. Gözəlliyi, yumoru və dəliqanlılığı ilə məşhur idi. Bu səbəbdən də bir neçə opera biletinə görə bıçaqla müştərini vurdu və həbsə düşdü. Həbsdə isə siflisdən dünyasını dəyişdi.


Nell Qvin

İngiltərə kralı II Karlın sevimli məşuqəsi olub və krala iki oğul övladı doğub. Gənclik dövründə teatrlarda portağal satan Nell teatr sənətinə aşiq olur. Hamının sevimlisi olan aktrisaya çevrilir və komediya rollarını əla ifa edib.


Kora Perl

Emma Elizabet Krauç XIX əsrdə Londonda anadan olub. O, Parisdə təhsil alıb. Londonda naməlum şəxs onu zorlayır və pul verir. Emma ata evinə qayıtmadı və kurtizan oldu. Qadın özünə Kora Perl adını götürdü. Parisdə çox məşhurlaşdı, aristokratlar və o dövrün məşhurlarının sevimlisinə çevrildi.


Ketrin Uotres

XIX əsr Londonu dəb ikonu, kutrtizan qadın Ketrin Uotersin ayaqları altında idi. Ketrin təhsilli idi və varlı himayədarları var idi. O, dar paltar geyinirdi və bütün Qayd-park atla gəzintiyə çıxan gözələ baxmaq üçün küçələrə axışırdı. Ketrinin sevgililəri arasında kral VII Edvard, III Napoleon var idi. Qadın 80 yaşında vəfat edib.


Lulu Uayt

Yeni Orleandakı Storvill fahişəxanalar küçəsini XX əsrin əvvəllərində Lulu Uaytsız təsəvvür etmək mümkün deyil. Onun fahişəxanası caz həvəskarlarının sevimli məkanı idi. Burada kişilər 15 otaqdan birində gecəni qadınla keçirə bilərdilər. Lulunun adı hətta Lui Armstronqun “Mahogany Hall Stomp” mahnısında da xatırlanır.


Ceynd

Vəhşi Qərbin sakini Marta Ceyn Kanari Berk hindulara qarşı müharibədə iştirak edib. O, eyni zamanda Buffalo Bill şousunda da iştirak edib. Amma çox az adam bilir ki, Marta Ceyn həm də Vayominq ştatında fahişə işləyir. Müasirləri yazır ki, Ceynin qara gözləri, gözəl siması var idi.  Sonra Ceyn başqa yol seçdi və kişi kimi geyinməyə başladı.


Sada Abe

Sada uşaqlıqdan geyşa olmaq istəyirdi və İokohama geyşa məktəbində təhsil alıb. Amma nəticədə kvaziqeyşa oldu. Yəni o, ancaq seksual xidmət göstərirdi. Sada bir fahişəyə çevrildi. Görünür Abe psixi cəhətdən sağlam deyildi, seksual aclığı var idi və dəhşət qısqanc idi.

Qadın sevgilisini yataqda qətlə yetirdi və cinsiyyət orqanını kəsdi. Sada həbs edildi və bütün Yaponiya onu tanıdı.olkə.az

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26