BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dovşanlar haqda nəyi bilirik ?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dovşanlar fermada və evimizdə bəslədiyimiz, yumuşaq tüklərini oxşadığımız, uzun dişləriylə kök gəmirmələrini izlədiyimiz canlı varlıqlardı.

Son zamanlarda ən çox saxlanılan ev heyvanlarından biridə dovşandır. Dovşan çöl heyvanları nəsilnə aid olduğu üçün onlar artıq çölə öyrəşirlər və ev şəraitinə öyrəşməkləri zaman alır hətta bəzən öyrəşə bilmirlərdə.
İnsanlar dovşanları aldıqda adətən qəfəsdə saxlayırlar və buda dovşanları azadlıqlarından məhrum edir, çünki onlar hərəkətdə olmağı qaçmağı çox sevirlər.
Həkimlər tərəfindən də dovşanı ev heyvanı kimi saxlamaq məsləhət görülmür. Çünki, dovşanların ağzının ön hissəsində olan uzun iki dişi ömür boyu uzanır və onların sağlam uzanması üçün də dovşanlar daima bərk qidalar gəmirirlər, ən çoxda ağac köklərini gəmirirlər.
Ev şəraitində saxlanılan dovşanlar isə bərk qidalar tapıb gəmirə bilmirlər, qaça bilmirlər və bunun kimi başqa vərdişlərindən məhrum olurlar.
Ev şəraitində saxlanılan dovşanlar yemlənmə zamanı isə onlara əsasən bitkilər verilir bu isə düzgün deyildir.
Dovşanlar öz dişləri ilə mütləq bərk qidalar gəmirməlidirlər. Çünki onların qabaqda olan uzun dişləri daima uzandığına görə nə isə gəmirməsələr həmin dişlər başlayır artıq xaricə doğru yox daxilə doğru uzanmağa. Bu uzanma getdikcə onların gözlərinə doğru uzanır və buda onların ölümünə səbəb olur.
Buna görədə ev şəraitində kor təbii dovşan saxlamaq məsləhət görülmür.

Əgər bütün bunlara baxmayaraq kimsə yenədə dovşan saxlamaq istəyirsə bu zaman mütləq həkimlə məsləhətləşməlidir və dovşana daima quru yonca kökləri verməsi məsləhət görülür. Bu dovşanın dişlərinin nisbətən xaricə doğru uzanmasına yardım edəcək.
– Normal böyümüş olan dovşanların boyu 50-70 santimetr arasında olur. Qabaq ayaqları qısa, arxa ayaqları uzun və güclüdür. Ayaqlarının sayəsində, saatda 60-70 kilometr sürətli qaça bilir və bir addımlamada 6 metre irəliyə sıçraya bilirlər.
Hər dovşan bu xüsusiyyətə sahib olaraq doğular və doğar. Şəfqət sahibi Uca Allah dovşanları, düşmənlərindən qurtula bilmələri üçün belə sürətli qaçıcı olaraq yaradmışdır. Dovşanların sürətli qaçmaları ən vacib xüsusiyyətləridir deyə bilərik.
Ayrıca uzun qulaqları da dovşanlara xüsusi yaraşıq verir. Səs çıxarmadan yanına yaxınlaşmağa çalışsanız da, onlar sizi həmən hiss edərlər. Təbii bu xüsusiyyətləri düşmənlərinə qarşı da diqqətli olmalarına vacibdir. Az bir səsi ya da qıpırtını hiss edər o dəqiqə oradan qaçarlar.
Dovşanların səs telləri olsada demək olar ki, çox eşidilməzdir səsləri. Qorxduqlarında ya da zərbə aldıqlarında, qulaqlarını cırmaqlayaraq “viyk viyk” səsinə bənzər bir səs çıxarırlar.
Dovşanlar ət yeməzlər. Ancaq demək olar ki, otlarla qidalanırlar. Ən sevimli qidaları isə, hamının bildiyi kimi “kök”dür. Hər şeyi bir biriylə uyğun yaradan Allah, kökü də dovşanların ən uyğun bəslənə biləcəkləri şəkildə yaratmışdır. Əslində əksər hallarda dovşanlar yerin altında qazdıqları yuvalarda yaşayarlar, kökdə əsl onların yer altındakı yaşantılarına uyğun olaraq yerin altına doğru böyüyür. Allah canlılara yalnızca yeməkləri üçün deyil, yaşamlarının asanlaşması üçün də bir çox xüsusilik vermişdir. Ümumilikdə yer üzündə fərqli xüsusiyyətlərə sahib 52- cür dəyişik dovşan növləri yaşayır. Onlardan Savetski Şinşila – dəri və ətlik. Burgunski – ətlik. Turinski – ətlik. Ruskiy Beli Velikan – ətlik. Morder – ətlik və sairə növləri daha çox sahibkarlar tərəfindən bəslənilir.
Dovşanlar 50 dərəcə soyuq havaya dözərlər, amma 20 dərəcə isti havaya dözməzlər. Soyuq yerlərdə yaşayan dovşanların rəngləri ağ olur. Bu səbəblə qarın üstündə hiss olunmazlar və asanlıqla gizlənə bilərlər. Qeyd edək ki, dovşanlar bir il ərzində 8 dəfə bala verirlər. Dovşanların hamiləlik dovrü 25 gün olur. Yumşaq tükün içində doqulan balalar 18-ci günlərində ot yeyirlər.
Dovşan əti şəkər, stres, mədə baqırsaq, qurd, və sairə xəstəliklərə dərmandır.
Dovşan ətini ay ərzində 4 dəfə yemək məsləhət bilinir.
Dovşandarlıq diqqət və qayğı tələb etməklə yanaşı faydalı bir sahə olduqna görə sahibkarlar dovşandarlıqın inkişafına dövlətdən dəstək olunacağına ümid edirlər.
Sahibkarlar –
Ehtiram İsrafilov,
Azad Baxışov,
Zaur Hacıəliyev,
Samir Xudat Kroll – un dovşan fermalarından çəkilən görüntüləri təqdim edirik:

Xanlar Cəbrayılov

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26