BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dövlət Sərhəd Xidmə­tinin rəisi general-polkovnik Elçin Quliyev Gürcüstanın Sər­həd Polisinin rəisi Teymuraz Kekelidzenin rəhbərlik etdiyi nü­mayəndə heyətini qəbul edib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

2018-ci ilin iyun ayının 11-13 tarixlərində Dövlət Sərhəd Xidmə­tinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstanın Sər­həd Polisinin rəisi Teymuraz Kekelidzenin rəhbərlik etdiyi nü­mayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olmuşdur.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən İstixəbər.info saytına verilən məlumata görə, nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftal­mo­loq, akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmiş, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbayca­nın müstə­qilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.

Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədindəki vəziyyət və onun gələcək dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılmış, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsin­də qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, dövlət sərhədinin delimita­siya­sı üzrə işlərin sürətləndirilməsi məqsədilə zəruri fəaliyyətin davam etdirilməsi, habelə gələcək illər üçün əməkdaşlıq istiqamətlərinin müəy­yən edilməsi kimi məsələlər müzakirə edilmişdir.

Müzakirələr zamanı ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiy­mət­ləndirilmiş, Azər­baycan və Gürcüstanın sərhəd mühafizə qurum­ları arasındakı əlaqələrin dövlət sərhədində hər hansı qanunsuz fəa­liyyətin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə ver­diyi vurğulanmışdır.

Bununla yanaşı, görüşdə Azərbaycan Respublikasının dövlət sərhədindəki əməliy­yat şəraiti və mövcud təhdidlər, o cümlədən Er­mə­nistanın təcavüzü nəticəsində ölkə ərazi­sinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş əra­zilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, möv­cud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğu­lanmış, sərhəd mühafizə sisteminin gücləndiril­məsi, müasir təlim-təd­ris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat veril­mişdir.

Gürcüstan nümayədə heyəti səfər zamanı Dövlət Sərhəd Xid­məti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademi­yası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış edilmişlər.

İkitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının inkişaf etdiril­məsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən “Azər­bay­can Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sər­həd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında Saziş” imzalanmışdır.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

Həmin fotoları sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26