BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Deputatdan XƏBƏRDARLIQ: Mitinqə gedənləri cəzalandıracam


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Əgər Milli Şuranın yanvarın 19-da keçirilməsi gözlənilən mitinqinə partiyamın üzvlərindən kimsə getsə, onları cəzalandıracam”.

İstixəbər.info xəbər verir ki. bu fikirləri demokrat.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev bildirib.

F.Quliyev deyib ki, Milli Dirçəliş Hərəkatı Partiyasının üzvlərindən kimsə Milli Şuranın mitinqində iştirak etsə, həmin adamlar partiya üzvlüyündən çıxarılacaq:

“Bizim Milli Şura ilə heç bir əməkdaşlığımız yoxdur, hər hansı bloka qoşulmuruq. Biz hər hansı tədbir təşkil edəndə onu sərbəst keçiririk. Biz Milli Şuraya ona görə qoşulmuruq ki, dəqiq onun arxasından nəyin çıxacağını bilmirik. Birdə görürsən ki, kiminsə əli başqasının cibindən çıxır. Ona görə də bizim partiya Milli Şuranın tədbirlərində iştirak etmir. Partiyamızın 40 mindən çox üzvü var. Əgər o üzvlərdən kimsə Milli Şuranın mitinqində iştirak etsə, dərhal partiyadan çıxarılacaq”.

Xatırladaq ki, Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da mitinq keçirmək barədə qərar qəbul edib.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26