BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Deputat Sona Əliyeva: “Formaları məktəblərə satdırırlar”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Yerlərdə məktəb formalarını məktəblərə satdırırlar. Bununla bağlı narazılıqlar var. Narazılıqların yaranmaması üçün nə isə düşünmək lazımdır.”

İstixəbər.info Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Deputat müəllimlərin həm sertifikasiyadan, həm də diaqnostik qiymətləndirmədən keçirilməsini düzgün saymayıb. O hesab edir ki, bu proseslərdən biri həyata keçirilməlidir: “Sertifikasiya olacaqsa, diaqnostik qiymətləndirmənin olmasına nə ehtiyac var?! Qanunda yazılır ki, müəllim 5 ildən bir sertifikasiyadan keçməlidir. Müəllim onda aradakı müddətdə də diaqnostik qiymətləndirmədən keçməlidir? Bu məsələ sual doğurur”.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26