BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Deputat: “Ölkə başçısının islahatları vətəndaşlara layiqli həyat şəraitini təmin etməyə xidmət edir”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Azərbaycanın MDB məkanında ilk ölkə olaraq ikinci dəfə Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabatını təqdim etməsi çox böyük əhəmiyyət kəsb edən bir sənəddir. Belə bir hesabatın təqdim edilməsini Prezident İlham Əliyevin Azərbaycanın dayanıqlı inkişafını təmin etmək, sosial dövlət quruculuğu istiqamətində yürütdüyü siyasətinin tərkib hissəsi kimi dəyərləndirmək lazımdır”.

İstixeber.info xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

Onun sözlərinə görə,  Azərbaycan belə bir sənədi təqdim etməklə bir daha gələcək hədəflərini dünya birliyinə açıqlayıb:

“Məqsəd Azərbaycanda sosial dövlət quruculuğuna nail olmaqdır. Bu məqsədə nail olmaq üçünsə Azərbaycan bu istiqamətdə davamlı olaraq işlər görməkdədir. Azərbaycanda yoxsulluğun aradan qaldırılması, insanların layiqli həyatını təmin etmək, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı fərman imzalayıb.
Prezident İlham Əliyev ölkədə insanların layiqli həyat şəraitini təmin etmək məqsədi ilə 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub”.

Deputat əlavə edib ki, DİM-in icrası institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyindən,  Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması istiqamətində xeyli işlər görülüb:

“Prezident İlham Əliyev 2018-ci il prezident seçkisindən sonra bəyan etdi ki,  Azərbaycanda növbəti mərhələ sosial dövlət quruculuğu mərhələsi olacaq. Hədəf 2025-ci ilədək sosial dövlət quruculuğuna nail olmaqdır. Elə ölkə başçısının son bir ildə həyata keçirdiyi genişmiqyaslı, kompleks xarakter daşıyan islahatları da bu hədəflərə nail olunmasına xidmət edir. Məqsəd bütün sahələrdə islahatları dərinləşdirməklə ölkənin dayanaqlı inkişafını və vətəndaşların layiqli həyat şəraitini təmin etməkdir. Artıq bu sahədə ciddi addımlar atılıb və nəticələr göz qabağındadır. Məhz buna görə də Azərbaycan  2019-cu ildə MDB və  regionda ilk ölkə olaraq ikinci dəfə Yüksək Səviyyəli Siyasi Forumda “Keyfiyyətli təhsil”, “Layiqli əmək və iqtisadi artım”, “Bərabərsizliyin azaldılması”, “İqlim dəyişikliyinə qarşı mübarizə”, “Sülh, ədalət və səmərəli institutlar” və “Məqsədlər üçün tərəfdaşlıq” məqsədləri üzrə ikinci Könüllü Milli Hesabatı təqdim edib.  Azərbaycan hesabatı BMT-yə təqdim edən 14 ölkədən biridir. Bu bir daha Azərbaycanın qarşıya qoyduğu hədəflərə nail olmaq istiqamətində israrlı olduğunun göstəricisidir. Azərbaycan bu hesabatları təqdim etməklə görülən işlər və həyata keçirilən isalahatlar barəsində dünya ictimaiyyətini məlumatlandırmaqla yanaşı, qarşıda duran hədəflərə nail olmaq üçün görüləcək işlər barəsində bilgi verməkdir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26