BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Deputat İlham Məmmədov: – “Çox az ölkədə müharibə iştirakçılarına bizdəki kimi qayğı göstərilir”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva müstəqilliyimiz uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə hər zaman yüksək qayğı göstərir, dövlətimiz tərəfindən onların sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir qrup şəhid ailəsi ilə görüşməsi buna bariz nümunədir. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev seçkilərdə inamlı qələbəsindən sonra ilk fərmanını məhz şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vermişdi. Bu il şəhid ailələri üçün əlavə vəsaitin ayrılması Azərbaycanda şəhidlərimizə göstərilən hörmət və ehtiramın əsas göstəricisidir. Atılan addımlara əsasən əminliklə deyə bilərik ki, Azərbaycan şəhid ailələrinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə öncül ölkələrdən sayılır”.

İstixəbər.info xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov deyib.

Deputat bildirib ki, şəhid ailələrinə göstərilən diqqət  və qayğı  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir:

“1 yanvar 2019-cu il tarixinə 12779 şəhid ailəsi, 119 nəfər 20 yanvar şəhidi ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər 20  Yanvar hadisələri  zamanı əlil olanlar  Prezident  təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə  əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə  3 dəfə çox – 626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil  verilib. Şəhid ailələrinə  və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən  Prezident  təqaüdlərinin də məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb. Nəticədə bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb”.

Deputat həmçinin qeyd edib ki, dünyada çox az ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun:

“Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu mənada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi vurğulanmalıdır. Ölkə başçısının imzaladığı yeni Fərmanla əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Eyni zamanda, ölkə başçısının imzaladığı fərmanda yenilik ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçu olmayanların, polis işçilərinin və digər qrupların da vərəsələrinə birdəfəlik ödəmə veriləcək”.

Deputat qeyd edib ki, demokratik cəmiyyətlərdə mitinqlərin keçirilməsi normal bir haldır, o cümlədən Azərbaycanda da:

 “Ancaq bir şərtlə ki, qanun və qaydalara riayət etsinlər. Təəssüf ki, bəzi müxalifət təmsilçiləri müstəqil olmadıqlarından, qrant əldə etmək üçün aksiyalar keçirməyə çalışırlar. Hər dəfə mitinq keçirib sonradan rüsvayçı bir vəziyyətə düşən müxalifət hələ də ağıllanmayıb. Çox ucuz bir yol seçən dağıdıcı xislətli müxaliflər nə qədər mitinq keçirsə də, hər hansı bir uğur qazanmaq şansları sıfıra bərabərdir.  Çünki xalq müxalifəti dəstəkləmir. Bunu Əli Kərimli kimi yalançılar, fırıldaqlar və digərləri də çox gözəl bilirlər. Azərbaycanda hər zaman demokratiya olub. Belə ki, yanvarın 19-da müxalifət icazəli şəkildə mitinq keçirsə də, adam sayı çox az idi. Bu da onlara inamsızlıqla bağlıdır. Cəmiyyət müxalifətin hansı xarici maraqlı dairələrə bağlı olduğunu yaxşı bilir və buna görə də, onları rədd edirlər. Mitinqlər yolu ilə, müxalif partiya sədrləri xarici “ağalarına” özlərini reklam etmək istəyirlər. Onlar bu cür yersiz hərəkətlərinin qarşılığında xarici “ağalarından” pul alırlar. Xarici qüvvələr güclü, inkişaf etmiş Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq üçün daxildə olan müxalifətdən bir vasitə kimi istifadə edir. Yəni müxalifəti maliyyələşdirərək ölkədə nə isə xoşagəlməz bir vəziyyət yaratmaq istəyirlər. Amma hər zaman olduğu kimi bu dəfə də onların məkrli istəkləri reallaşmayacaq. Amma tam əminliklə deyə bilərəm ki, heç bir qüvvə ölkəmizdəki, sabitliyi poza bilməz. Çünki ölkəmizdə möhkəm əsaslara malik sabitlik mövcuddur. Həmçinin, ölkəmizdə xalq və iqtidar birliyi mövcuddur”.

İlham Məmmədov Prezident İlham Əliyev tərəfindən“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalanmasını yüksək qiymətləndirib.

Deputat bildirib ki, bu günə qədər regionların sosial-iqtisadi inkişafı sahəsində imzalanmış 3 dövlət proqramı yüksək səviyyədə öz həllini tapıb:

“Qəbul edilən və yüksək səviyyədə icra edilən dövlət proqramlarının müəllifi isə Prezident İlham Əliyevdir. Ölkə başçısı hələ 2003-cü ildə  prezident seçilərkən öz çıxışlarında qeyd edirdi ki, regionların sosial-iqtisadi inkişafının həllinə nail olunacaq. Doğrudan da bu gün biz görürük ki,  bu 3 proqramın həlli yüksək səviyyədə icra edilib. Dövlət proqramında əsas məqsəd regionlarla mərkəz arasındakı fərqlərin aradan qaldırılmasıdır. Bu gün biz şahidi oluruq ki, regionlarla mərkəz arasındakı fərqlər aradan götürülüb. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard manat investisiya yatırılıb. Yəni bunu inkişafa iqtisadi göstəricilərlə nəzər yetirsək daha aydın görə bilərik. Belə ki, bu illər ərzində ümumi daxili məhsul (ÜDM) 3.3 artıb, ölkəmizin valyuta ehtiyatları 24 dəfə artaraq 45 milyard dollara çatıb. Sənayedə 2.6 dəfə, kənd təsərrüfatında 4.7 dəfə artım olub. Bu gün 2 milyon yeni iş yeri yaradılıb, maaş və pensiyalar 7-9 dəfə artıb. Eləcə də 3200-dən çox məktəb, 694 tibb mərkəzi tikilib. Bu istiqamətdə görülən işlərin miqyası çox genişdir. Bütün bu nailiyyətlər isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin mükəmməlliyinin göstəricisidir”.

İlham Məmmədov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı sahəsində imzalanmış proqramlarla regionlarımız inkişaf edir:

“Bu gün regionlarımız inkişafına görə paytaxtdan və böyük şəhərlərdən heç də geri qalmır. Eyni zamanda, artıq kəndlərdən şəhərə miqrasiya azalıb. Təbii ki, bu da dövlət proqramlarının nəticəsində əldə edilib. Bildiyimiz kimi, dövlət proqramlarının icrası çərçivəsində ölkə başçısı bütün regionlarda açılışlarda iştirak edib. Bir çox səhiyyə, təhsil, böyük sənaye müəssisələrinin, kənd təsərrüfatı  obyektlərinin və digər sosialyönümlü obyektlərin açılışı olub. Bu da bölgələrdə yeni iş yerlərinin açılmasına və işsizliyin azalmasına xidmət edən addımlardır. Hesab edirəm ki, regionların sosial-iqtisadi inkişafı sahəsində imzalanmış sayca 4-cü proqram da uğurla icra ediləcək və böyük nailiyyətlər əldə olunacaq”.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26