BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dayanacaq əməkdaşı BMW-ni qaçırdı – Bakıda


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakının Səbail rayonunda avtomobil qaçırılıb.

İstixəbər.info xəbər verir ki, hadisə Xaqani küçəsində baş verib.

Belə ki, avqustun 22-də Bakı şəhər sakini Əliş Mustafayev polisə müraciət edib və bir gün əvvəl Səbail rayonunun Xəqani küçəsində yerləşən dayanacaqda BMW markalı avtomobilini saxladığını, açarları isə orada işləyən şəxsə verdiyini bildirib.

Lakin ertəsi gün dayanacağa gəldikdə avtomobilin qaçırılmasını anlayıb.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avqustun 22-də  avtomaşının Xətai rayonu Zığ yolu küçəsində hərəkətdə olması müəyyən edilib.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb, hadisəni törətmiş Bakı şəhər sakini Fərid Ağazadə ilə birgə Səbail RPİ-yə təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Səbail RPİ tərəfindən araşdırma aparılır./Oxu.az

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26