BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Daha “JEK”lər əhalidən pul yığa bilməyəcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək. Halbuki bu vaxta qədər qanun özəlləşdirilmiş mənzillərə xidmət və onların təmiri mülkiyyətçilərin vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə həyata keçirilməsini nəzərdə tuturdu”.

İqtisadçı ekspert Samir Əliyev

İstixəbər.info xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.

Ekspert bildirib ki, Sovet dövründə və ondan əvvəl tikilmiş binalarda mənzil xidmətlərinin tarifləri Nazirlər Kabinetinin 40 saylı qərarı əsasında müəyyənləşirdi:

“Həmin qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik edir.

Yeni dəyişiklik nəticəsində özəl mənzillər üçün bu tarif ləğv olunur və xidmət haqqının müəyyənləşdirilməsi əhalini öz üzərinə buraxılır”.

Samir Əliyev qeyd edib ki, digər dəyişiklik Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyəti ilə bağlıdır:

“Müvafiq qanuna dəyişiklik MİS-lərin mənzil idarəçiliyindən uzaqlaşdırılması istiqamətində daha bir addım oldu. Bundan sonra MİS-lər əhalidən mənzil pulu yığa bilməyəcəklər. Çünki “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Belə bir müqavilə isə bu vaxta qədər yoxdur”./publika.az

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26