BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Daha bir xidmət “ASAN”laşdı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gündən “ASAN xidmət”də Xarici İşlər Nazirliyi (XİN) tərəfindən sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, həmçinin viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi xidmətləri də həyata keçiriləcək.

İstixeber.info xəbər verir ki, bu barədə “Ölkə.Az”a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

Onun sözlərinə görə, sözügedən xidmətlər, ilk olaraq, 5 saylı “ASAN xidmət” mərkəzində həyata keçirilməyə başlanılıb: “Xidmətlərin təşkili “ASAN xidmət” standartlarına uyğun olaraq operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təmin ediləcək. Eyni zamanda müvafiq fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə “Elektron hökumət” portalı vasitəsilə konsulluq xidmətlərinin elektron qaydada göstərilməsini təmin edəcək. Bununla da “ASAN xidmət” mərkəzlərində 12 dövlət orqanı, həmçinin özəl təşkilat və müəssisələr tərəfindən, ümumilikdə, 320-dən çox xidmət həyata keçirilir”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə imzalanmış müvafiq fərmanına əsasən “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin sayı artırılıb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26