BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Daha bir 17 yaşlı qız özünü öldürdü – Məcburi ərə vermək istəyirdilər


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanda daha bir 17 yaşlı qız intihar edib.

İstixeber.info oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində baş verib. Kənd sakini Hacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb.

Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub.

Qadın çarpayısında nəvəsini görməyəndə onu axtarmağa başlayıb və onun meyitini tapıb.

Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

Xatırladaq ki, analoji hadisə Zaqatala rayonunda baş verib. Belə ki, 5 gün əvvəl 17 yaşlı Gülər İsmayılova özünü asıb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26